İmişlidə özlərini çaya atmaq istəyən qadın və oğlu xilas edilib

Hadisə Xəbər 19 Sentyabr 2019 12:36 (UTC +04:00)

Bakı. Trend:

Sentyabrın 18-də saat 11 radələrində Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində rayon sakini olan qadın oğlu ilə özlərini çaya atmağa cəhd göstəriblər.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin ərazidə xidmət aparan İmişli Rayon Mühafizə Bölməsinin əməkdaşları tərəfindən bunun qarşısı alınıb. Onlar İmişli RPŞ-yə təhvil veriliblər.

Araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti