...

Cəlilabadda “Mercedes” su kanalına aşdı - Ölən və yaralananlar var

Hadisə Materials 30 Sentyabr 2019 19:08 (UTC +04:00)
Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Cəlilabadda “Mercedes” su kanalına aşdı - Ölən və yaralananlar var

Bakı. Samir Əli - Trend:

Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 29-da saat 9 radələrində Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində Masallı rayon sakini Ş.Dadaşov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarından keçən su kanalına aşırıb. Nəticədə sərnişini olan həmyerlisi Emin Əlibəyli hadisə yerində ölüb, özü və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti