...

Astarada “VAZ-2107” camışla toqquşdu, 1 nəfər öldü

Hadisə Materials 1 Oktyabr 2019 14:12 (UTC +04:00)
Astara rayonunun Şahağacı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Astarada “VAZ-2107” camışla toqquşdu, 1 nəfər öldü

Bakı. Samir Əli - Trend:

Astara rayonunun Şahağacı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 30-da saat 22 radələrində Astara rayonunun Şahağacı kəndi ərazisində Bakı şəhər sakini Z.Hacıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun hərəkət hissəsində dayanmış çamışı vurub və sonradan idarəetməni itirdiyindən avtomobil yol ayırıcısına çırpılıb. Nəticədə avtomobildəki sərnişin, Yardımlı rayon sakini Cavid Aslanov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti