...

Həbsdə yatan dayısına mobil telefon ötürmək istədi, ələ keçdi

Hadisə Materials 3 Oktyabr 2019 19:39 (UTC +04:00)
Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb
Həbsdə yatan dayısına mobil telefon ötürmək istədi, ələ keçdi

Bakı. Samir Əli - Trend:

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə əsasən, 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Fikrət İsmayılov ilə qısamüddətli görüşə gəlmiş bacısı oğlu Goranboy rayon sakini Bilal Sadıqovun üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı sovqatda olan gödəkcənin cibində gizlədilmiş bir ədəd “Samsung” markalı mobil telefon aparatı, üç danışıq kartı, elektrik qidalandırıcısı və qulaqcıq aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti