...

Bakı metrosunda cibgirlik edən şəxs tutulub

Hadisə Materials 4 Oktyabr 2019 13:14 (UTC +04:00)
Bakı metrosunda cibgirlik edən şəxs tutulub.
Bakı metrosunda cibgirlik edən şəxs tutulub

Bakı. Trend:

Bakı metrosunda cibgirlik edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Yaqubova oktyabrın 1-də metronun “Sahil” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş M.Məmmədov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti