Bakı. Samir Əli - Trend:
Gəncə şəhərində orta məktəb şagirdi itkin düşüb.
Trend-in məlumatına görə, 2011-ci il təvəllüdlü Əli Allahyarov oktyabrın 22-də yaşadığı Gəncə şəhəri, Mahrasa Bağı, ev 21-dən məktəbə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.
Ə.Allahyarov Gəncə şəhər 16 saylı tam orta məktəbin 2-ci sinif şagirdidir.
Faktla bağlı araşdırma aparılır.