...

Lənkəranda itkin düşmüş uşaq tapılıb

Hadisə Materials 24 Oktyabr 2019 02:41 (UTC +04:00)
Lənkəran şəhərinin Bəliton kəndində 2013-cü il təvəllüdlü Muradov Əli Nurəddin oğlunun itkin düşməsi barədə məlumat daxil olub
Lənkəranda itkin düşmüş uşaq tapılıb

Bakı. Trend.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Lənkəran şəhərinin Bəliton kəndində 2013-cü il təvəllüdlü Muradov Əli Nurəddin oğlunun itkin düşməsi barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, dərhal Nazirliyin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin və Rayon polis şöbəsinin əməkdaşları, həmçinin Rayon İcra Hakimiyyətinin yerli qüvvələri, könüllülər də axtarışlara cəlb olunublar.

Axtarış-xilasetmə tədbirləri nəticəsində Muradov Əli Nurəddin oğlu “Hirkan Milli Parkı” yaxınlığında meşəlik ərazidə tapılıb. Uşağın vəziyyəti normaldır. O, aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti