Bakı. Trend:
Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 23-də saat 1 radələrində Sabunçu qəsəbəsi ərazisində Maştağa qəsəbə sakini Y.Mürşüdov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Rüfan Bağırovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.