...

Buzovnada qadın piyadanı vurub xəstəxanalıq edən sürücü saxlanılıb

Hadisə Materials 25 Oktyabr 2019 16:07 (UTC +04:00)
Buzovnada qadın piyadanı vurub xəstəxanalıq edən sürücü saxlanılıb
Buzovnada qadın piyadanı vurub xəstəxanalıq edən sürücü saxlanılıb

Bakı. Trend:

Oktyabrın 24-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini R.Hacıyeva vurulub və o, xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Xəzər Rayon polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarəti ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Hüseynov saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti