Bakıda vaqon yanıb

Hadisə Xəbər 3 Noyabr 2019 21:37 (UTC +04:00)

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərin Binəqədi rayonunda ümumi sahəsi 60 m² olan istismara yararsız vaqonun yanar konstruksiyaları və içərisinə yığılan taxta tullantıları yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti