...

Suraxanıda evdən pul və qızıl oğurlayan keçmiş məhkum saxlanılıb

Hadisə Materials 7 Noyabr 2019 16:40 (UTC +04:00)
Suraxanı rayonu ərazisindəki evlərin birindən pul və qızıl zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Y.Bünyatova saxlanılıb.
Suraxanıda evdən pul və qızıl oğurlayan keçmiş məhkum saxlanılıb

Bakı. Trend:

Suraxanı rayonu ərazisindəki evlərin birindən pul və qızıl zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Y.Bünyatova saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 16-da rayon ərazisindəki evlərin birindən 500 manat və 2 ədəd qızıl üzük oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Bünyatova saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti