...

Xaçmazda evə basqın edən maskalı şəxsin kimliyi məlum olub

Hadisə Materials 8 Noyabr 2019 20:08 (UTC +04:00)
“102” Zəng Mərkəzinə Xaçmaz rayonu ərazisində baş vermiş quldurluq hadisəsi ilə bağlı məlumat daxil olub.
Xaçmazda evə basqın edən maskalı şəxsin kimliyi məlum olub

Bakı. Elçin Mehdiyev - Trend:

“102” Zəng Mərkəzinə Xaçmaz rayonu ərazisində baş vermiş quldurluq hadisəsi ilə bağlı məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən aparılmış araşdırılmalarla müəyyən edilib ki, noyabrın 6-da saat 20 radələrində Hülövlü kənd sakini R.Balayevin evinin həyətinə girmiş maskalı şəxs onu bıçaqla hədələyib pul verməsini tələb edib, müqavimətlə rastlaşdığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş T.Nizamov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti