...

Siyəzəndə yol qəzasında iki nəfər öldü, daha birinin vəziyyəti ağırdır

Hadisə Materials 18 Noyabr 2019 10:22 (UTC +04:00)
Siyəzəndə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Siyəzəndə yol qəzasında iki nəfər öldü, daha birinin vəziyyəti ağırdır

Bakı. Ceyhun Ələkbərov - Trend:

Siyəzəndə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə ötən gecə rayonun Zarat kəndində qeydə alınıb. Yük və minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar təcili tibbi yardımla Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.

Xəsarət alanlar 1991-ci il təvəllüdlü Savalanov Hümbət Sayəddin oğlu, onun həyat yoldaşı 1993-cü il təvəllüdlü Savalanova Günay Şakir qızı və 1987-ci il təvəllüdlü Əliyeva Oksana Gülağa qızıdır.

Mərkəzdən Trend-ə verilən məlumata görə, ağır bədən xəsarətləri alan şəxslər reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq xəsarət alan hər iki qadın dünyasını dəyişib. H.Savalanov isə açıq kəllə-beyin travması ilə müalicə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti