...

Qaradağda qəzaya düşən icra rəsmisi həyat yoldaşını itirdi - özü və 15 yaşlı oğlu sağ qaldı

Hadisə Materials 25 Noyabr 2019 10:41 (UTC +04:00)
Qaradağ rayonunda "Hyundai" markalı avtomobilin aşması nəticəsində xəsarət alan şəxslər ambulator müalicəyə yola salınıb.
Qaradağda qəzaya düşən icra rəsmisi həyat yoldaşını itirdi - özü və 15 yaşlı oğlu sağ qaldı

Bakı. Ceyhun Ələkbərov - Trend:

Qaradağ rayonunda "Hyundai" markalı avtomobilin aşması nəticəsində xəsarət alan şəxslər ambulator müalicəyə yola salınıb.

Trend-in məlumatına görə, Qaradağ rayonu ərazisində “Hyundai Tucson” markalı 60 AA 002 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə iki nəfər Cabbarov Rəşad və Əminə Zeynalova aldıqları xəsarətlərdən dünyasını dəyişib, daha iki nəfər - Zeynalov Rəşad bədənin müxtəlif yerlərinin əzilməsi və onun 15 yaşlı oğlu Zeynalov Kamran döş qəfəsinin küt travması ilə xəstəxanaya çatdırılıblar. İlkin tibbi yardım aldıqdan sonra hər iki şəxs ambulator müalicəyə yola salınıblar.

Qeyd edək ki, R.Zeynalov Tovuz Rayon İcra hakimiyyəti başçısının müavinidir, hadisədə dünyasını dəyişən qadın Ə.Zeynalova isə onun həyat yoldaşı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti