...

40-dan çox məktəbli qazdan zəhərləndi - Vəziyyətləri ilə bağlı XƏBƏR

Hadisə Materials 25 Noyabr 2019 15:21 (UTC +04:00)
Rusiyanın Nijni Novqorod vilayətində məktəblərin birində 45 nəfər qazdan zəhərlənib
40-dan çox məktəbli qazdan zəhərləndi - Vəziyyətləri ilə bağlı XƏBƏR

Bakı. Trend:

Rusiyanın Nijni Novqorod vilayətindəki məktəblərin birində 45 nəfər qazdan zəhərlənib.

Trend-in məlumatına görə, onlardan 44 nəfəri məktəblidir.

Qeyd olunur ki, hadisəyə səbəb məktəbin yaxınlığında yerləşən qazpaylayıcı stansiyada qaz sızması olub.

Şagirdlərdən bəzilərinin vəziyyəti orta ağır olaraq dəyərləndirilir. Qeyd olunur ki, 23 nəfər müayinədən sonra evə buraxılıb.

Məktəbdə dərslər dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti