...

Penitensiar Xidmətin rüşvətdə təqsirləndirilən zabitinə hökm oxundu

Hadisə Materials 4 Dekabr 2019 17:35 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən, Penitensiar Xidmətin hərbi hissəsində bölük komandiri olmuş Kazım Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Penitensiar Xidmətin rüşvətdə təqsirləndirilən zabitinə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən, Penitensiar Xidmətin hərbi hissəsində bölük komandiri olmuş Kazım Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhəkəmnin hökmü ilə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq edilməklə 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Həmçinin hökmdə ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib.

Qeyd edək ki, K.Həsənov Cinayət Məcəlləsinin 311.2.3 (təkrar rüşvət alma) maddəsi ilə ittiham edilir.

Rəsmi ittihama görə, K.Həsənov tabeliyində olan əsgərlərdən həftəsonu buraxılışı və uzunmüddətli məzuniyyətlər üçün rüşvət alıb. K.Həsənov özünü təqsirli bilməyib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti