...

Gürcüstandan gələn avtomobildə narkotik aşkarlanıb

Hadisə Materials 5 Dekabr 2019 16:11 (UTC +04:00)
Gürcüstandan Azərbaycana gələn avtomobildə narkotik vasitə aşkarlanıb.
Gürcüstandan gələn avtomobildə narkotik aşkarlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Gürcüstandan Azərbaycana gələn avtomobildə narkotik vasitə aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "VAZ-21074" markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı o, üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra üzərində şəxsi yoxlama aparılması üçün vətəndaş giriş nəqliyyat xəttindəki otağa dəvət olunub. Bu zaman o, sənəd götürmək bəhanəsi ilə geri qayıdaraq avtomobilinin ön sərnişin qapısından içəri kağız parçası atıb.

Bu səbəbdən də nəqliyyat vasitəsinə təkrar gömrük baxışı keçirilib. Nəticədə ön oturacaqların arasında - əl əyləcinin yanından 1 ədəd kağız bükümdə təqribi çəkisi 2 qram olan kəskin iyli narkotik vasitə - marixuana bitkisi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti