...

Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb

Hadisə Materials 10 Dekabr 2019 18:47 (UTC +04:00)
Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb
Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb

Bakı. Trend:

Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 24-də rayon ərazisindəki evlərin birindən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini O.Loktionova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti