...

Nazirlik iki məktəblinin ölümü ilə bağlı məlumat yayıb

Hadisə Materials 11 Dekabr 2019 10:57 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) Bakıda iki məktəblinin ölümü ilə bağlı məlumat yayıb.
Nazirlik iki məktəblinin ölümü ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) Bakıda iki məktəblinin ölümü ilə bağlı məlumat yayıb.

DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 10-da saat 21 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Şabran rayon sakini T.Ağayev idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən qəsəbə sakini Tural Cabbarlını və Füzuli rayon sakini Dilarə Sultanovanı vurub.

Nəticədə hər iki piyada aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti