...

Qubada orta məktəb binası yandı (FOTO)

Hadisə Materials 13 Dekabr 2019 16:46 (UTC +04:00)
Quba rayonunda orta mətkəbdə yanğın hadisəsi olub.
Qubada orta məktəb binası yandı (FOTO)

Bakı. Samir Əli - Trend:

Quba rayonunda orta məktəbdə yanğın hadisəsi olub.

Trend-in məlumatına görə, hadisə rayonun Tülər kənd orta məktəbinin binasında qeydə alınıb. Məktəb binasının dam örtüyündə qısaqapanmadan baş verən yanğın sonradan güclənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba Yanğından Mühafizə Hissəsinin canlı qüvvə və texnikaları cəlb edilib.

Yanğının qarşısı alınsa da, binanın dam örtüyü yanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti