...

Bakı şəhər sakinindən silah aşkarlandı

Hadisə Materials 17 Dekabr 2019 15:12 (UTC +04:00)
Səbail rayonunda “TOZ-B” markalı tüfəng və 5 ədəd patron aşkar edilərək götürülüb.
Bakı şəhər sakinindən silah aşkarlandı

Bakı. Trend:

Səbail rayonu ərazisində İ.Əsədzadədən “TOZ-B” markalı tüfəng və 5 ədəd patron aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Əsədzadədən nömrəsi silinmiş, lüləsi kəsilmiş “TOZ-B” markalı tüfəng və 5 ədəd patron aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti