...

Balakəndə silahlı insidentdə 5 nəfər güllələnib, biri azyaşlıdır

Hadisə Materials 19 Dekabr 2019 11:57 (UTC +04:00)
Səhiyyə Nazirliyi Balakən rayonunun Yeni Şərif kəndində baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
Balakəndə silahlı insidentdə 5 nəfər güllələnib, biri azyaşlıdır

Bakı. Samir Əli - Trend:

Səhiyyə Nazirliyi Balakən rayonunun Yeni Şərif kəndində baş verən silahlı insidentlə bağlı məlumat yayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, güllələnmə ilə bağlı Balakən Mərkəzi Rayon Xəstəxanasına 1-i azyaşlı olmaqla 5 nəfər müraciət edib: "Yaralılardan 34 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti keçirdiyi əməliyyata uyğundur. 39, 49 yaşlı qadınlar və 59 yaşlı kişinin müalicələri cərrahiyyə şöbəsində davam edir. Vəziyyəti orta-ağır stabil kimi qiymətləndirilir. 1 yaşlı körpə isə ilkin tibbi yardımdan sonra evə yazılaraq qohumlarına təhvil verilib".

Xatırladaq ki, Balakən rayonunda Yeni Şərif kəndində, kənd sakini, 1966-cı il təvəllüdlü Məhəmməd Əhmədov oğlu Bağmanov yaşadığı ünvanda ov tüfəngi ilə oğlu - 1987-ci il təvəllüdlü Əhmədov Bağmanovu evində stol arxasında oturduğu yerdə arxadan güllələyib. Ov tüfəngindən açılan atəş nəticəsində Ə.Bağmanov ağır yaralanıb. Hadisə nəticəsində stolun ətrafında oturan 1968-ci il təvəllüdlü Həvva Abbas qızı Bicilova, 18 aylıq körpə Xədicət Əhmədov qızı Bağmanova və 1980-ci il təvəllüdlü Məryəm Məhəmməd qızı Anarəcəbova da yaralanıb.

Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti