...

Şirvan Kommunal Kombinatı müəssisəsinin rəhbəri həbs edildi

Hadisə Materials 25 Dekabr 2019 17:08 (UTC +04:00)
Azərbaycanda müəssisə rəhbəri saxlanılıb.
Şirvan Kommunal Kombinatı müəssisəsinin rəhbəri həbs edildi

Bakı. Samir Əli - Trend:

Azərbaycanda müəssisə rəhbəri saxlanılıb.

Hüquq mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, Şirvan Kommunal Kombinatı müəssisəsinin rəhbəri Vəliyev Aqil Rəhimdil oğlu korrupsiya cinayətlərində təqsirləndirilib.

Müəssisə rəhbəri Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanıb. A.Vəliyevin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş prokurorluqdan xəbəri Trend-ə təsdiqləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti