...

Saatlıda 54 yaşlı kişi su kanalında boğulub öldü

Hadisə Materials 26 Dekabr 2019 09:58 (UTC +04:00)
Saatlı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
Saatlıda 54 yaşlı kişi su kanalında boğulub öldü

Bakı. Samir Əli - Trend:

Saatlı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Trend-in məlumatına görə, hadisə rayonun Qara Nuru kəndində baş verib.

Kənd sakini, 1965-ci il təvəllüdlü Məmmədov Kamil Əmirxan oğlu yaşadığı evin yaxınlığındakı beton su kanalına yıxılıb. K.Məmmədov köməksiz vəziyyətdə qalaraq suda boğulub ölüb.

Onun meyiti qohumları tərəfindən aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti