...

Şəkidə ev külə döndü

Hadisə Materials 4 Yanvar 2020 17:27 (UTC +04:00)
Birmərtəbəli tikilinin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.
Şəkidə ev külə döndü

Bakı. Trend:

Şəkidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərin Qayabaşı kəndində ümumi sahəsi 70 kv.m olan birmərtəbəli tikilinin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti