Bakı. Trend:
Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Ziya Orucovun ölümü və H.Ağayevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2107” markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini R.Dadaşov saxlanılıb.