...

Füzulidə avtomobil təmiri sexi yanıb

Hadisə Materials 9 Yanvar 2020 20:37 (UTC +04:00)
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Füzulidə avtomobil təmiri sexi yanıb

Bakı. Trend:

Füzuli rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun 3 saylı Qayıdış qəsəbəsində ümumi sahəsi 65 kv.m olan avtomobil təmiri sexinin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti