...

Bakıda ağır qəza - "Toyota" eyni anda 4 avtomobili əzdi (VİDEO)

Hadisə Materials 18 Yanvar 2020 10:27 (UTC +04:00)
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıda ağır qəza - "Toyota" eyni anda 4 avtomobili əzdi (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Şəhər istiqaməti ilə hərəkətdə olan 90-MD-770 dövlət nömrəli "Toyota" markalı maşın yol kənarında dayanan avtomobillərə çırpılıb. Hadisə nəticəsində qəza törədən avtomobil də daxil olmaqla 5 nəqliyyat vasitəsi yararsız hala düşüb.

Hadisədə zərərçəkən şəxsin sözlərinə görə, "Toyota"nın sürücüsünün içkili olduğu ehtimal edilir.

Qəza ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti