...

Türkiyənin Elazığ əyalətində daha bir zəlzələ olub

Hadisə Materials 31 Yanvar 2020 23:58 (UTC +04:00)
Türkiyənin Elazığ əyalətində 3,9 bal gücündə zəlzələ baş verib
Türkiyənin Elazığ əyalətində daha bir zəlzələ olub

Bakı. Trend:

Türkiyənin Elazığ əyalətində 3,9 bal gücündə zəlzələ baş verib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 18:36-da Sivricə rayonunda qeydə alınıb.

Yeraltı təkanların ocağı 6,97 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Zəlzələ nəticəsində 39 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti