...

Ağsuda 3 otaqlı ev yanıb

Hadisə Materials 5 Fevral 2020 08:55 (UTC +04:00)
Ağsu rayonunda ümumi sahəsi 108 kv.m olan birmərtəbəli evdə yanğın olub
Ağsuda 3 otaqlı ev yanıb

Bakı. Trend:

Ağsu rayonunda ümumi sahəsi 108 kv.m olan birmərtəbəli evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-in məlumatına görə, Ağsu rayonunun Ərəbmehdibəy kəndində, ferma ərazisində ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 81 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti