...

Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Hadisə Materials 5 Fevral 2020 09:21 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılıb.
Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Bakı. Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti