...

Biləcəridə “BMW” piyadanı vurub öldürdü

Hadisə Materials 22 Fevral 2020 15:28 (UTC +04:00)
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol qəzası olub.
Biləcəridə “BMW” piyadanı vurub öldürdü

Bakı. Trend:

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 21-də saat 2 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Cəfərli idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Xırdalan şəhər sakini Tural Abbasovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti