...

Ötən gün yol qəzalarında 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Hadisə Materials 2 Mart 2020 15:38 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 17 cinayətin üstü “isti izlər”lə açılıb.
Ötən gün yol qəzalarında 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Bakı. Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 17 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 9 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti