...

Zaqatalada evlərə qənim kəsilən əvvəlki məhkum yenə eyni əməllə saxlanıldı (FOTO)

Hadisə Materials 3 Mart 2020 10:09 (UTC +04:00)
Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Aşağı Tala kənd sakini ona məxsus evdən qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib
Zaqatalada evlərə qənim kəsilən əvvəlki məhkum yenə eyni əməllə saxlanıldı (FOTO)

Bakı. Trend:

Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Aşağı Tala kənd sakini ona məxsus evdən qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən “isti izlər”lə və peşəkarlıqla həyata keçirilən istintaq - əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər, zərərçəkmişin həmkəndliləri-əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş 24 yaşlı Elxan Canımov və 20 yaşlı Seymur Mahmudov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, onlar əvvəlcədən əlbir olub həmin evdən oğurluq etməyi planlaşdırıblar. Oğurlanan qızıl-zinət əşyaları onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti