...

Lənkərandan Bakıya gələn kişi küçədə qarət edildi

Hadisə Materials 12 Mart 2020 09:33 (UTC +04:00)
Bakıda Lənkəran sakini küçədə qarət olunub
Lənkərandan Bakıya gələn kişi küçədə qarət edildi

Bakı. Samir Əli - Trend:

Bakıda Lənkəran sakini küçədə qarət olunub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Nuriyev Ramin Qüdrət oğlu Yasamal rayonu, X.Dadaşov küçəsi 150 ünvanın qarşısında olarkən naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq edib.

Həmin şəxs R.Nuriyevin 150 manat dəyərində "Samsung" markalı mobil telefonunu alaraq hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti