Bakı. Trend:
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli tikilinin lambirindən ibarət tavanı 80 m² sahədə və içərisindəki ofis otağında əşyalar yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.