...

Bakıda geniş ərazidə məişət tullantıları yanıb

Hadisə Materials 23 Mart 2020 09:44 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində geniş ərazidə məişət tullantıları yanması barədə məlumat daxil olub.
Bakıda geniş ərazidə məişət tullantıları yanıb

Bakı. Trend:

Bakı şəhəri Binəqədi rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Biləcəri qəsəbəsində geniş ərazidə məişət tullantıları yanması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti