...

Qubada “Moskviç”in vurduğu piyada hadisə yerində öldü

Hadisə Materials 4 Aprel 2020 15:31 (UTC +04:00)
Qubada “Moskviç”in vurduğu piyada hadisə yerində öldü

Trend-i buradan izləyin

Bakı. Trend:

Quba rayonunun Paşaoba kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 3-də saat 19 radələrində Quba rayonunun Paşaoba kəndi ərazisində şəhər sakini M.Bayramov idarə etdiyi “Moskviç” markalı avtomobillə yolu keçən həmyerlisi Feyzulla Eldarovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti