...

Bakıda nigeriyalı tələbə qarət edildi

Hadisə Materials 15 Aprel 2020 09:13 (UTC +04:00)
Bakıda hosteldə oğurluq hadisəsi baş verib
Bakıda nigeriyalı tələbə qarət edildi

Bakı. Samir Əli - Trend:

Bakıda hosteldə oğurluq hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Qərb Universitetinin 2-ci kurs tələbəsi olan Nigeriya vətəndaşı, Musa Madu Palnam polisə müraciət edib. O bildirib ki, Səbail rayonu, Məmmədəliyev küçəsi 22 ünvanında qaldığı hosteldən naməlum şəxs ona məxsus "İphone" markalı planşeti oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti