...

DSX-nin hərbi qulluqçusu qəsəbə sakinini yanğından xilas etdi

Hadisə Materials 17 Aprel 2020 09:01 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Neftçala rayonunun Bankə qəsəbəsində fərdi yaşayış evində baş verən yanğın zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirib.

Dövlət Sərhəd Xidmətindən (DSX) Trend-ə verilən məlumata görə, 14 aprel tarixində yanğın baş verən ərazinin yaxınlığında müvəqqəti yaşayan DSX-nin Sahil Mühafizəsinin hərbi qulluqçusu kiçik gizir Əliyev Vasif Asif oğlu yanğını görən kimi dərhal hadisə yerinə hərəkət edib.

FHN-in yanğınsöndürmə komandası yanğının genişlənməsinin və digər evlərə keçməsinin qarşısını alarkən, həyatı üçün təhlükəyə baxmayaraq fədakarlıq göstərərək yanan evə daxil olan sərhədçi, köməksiz vəziyyətdə qalan qəsəbə sakini 1987-ci il təvəllüdlü Seyfullayev Famil Fədail oğlunu xilas edib.

Xilasetmə prosesində tüstüdən zəhərlənərək xəsarət almış kiçik gizir V.Əliyev təcili yardım maşını ilə Salyan rayon Mərkəzi Xəstəxanasına aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Hal-hazırda vəziyyəti yaxşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti