...

Xəzər rayonunda ikimərtəbəli ev yanıb

Hadisə Materials 20 Aprel 2020 14:29 (UTC +04:00)
Xəzər rayonunda ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan digər otağın lambirindən ibarət tavanı 40 m² sahədə qarsalanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti