...

Bakıda moped oğurlayan şəxslər saxlanıldı (FOTO)

Hadisə Materials 28 Aprel 2020 16:33 (UTC +04:00)
Bakıda moped oğurlayan şəxslər saxlanıldı (FOTO)

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bakıda moped oğurlayan şəxslər saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, aprel ayının 20-də və 25-də Səbail rayonu ərazisindən xüsusi karantin rejimi vaxtı hazır yeməklərin online sifarişlərini müştərilərə çatdıran daşıma xidmətinin işçilərinə məxsus “Twister” və “Jonway” markalı mopedlərin oğurlanması barədə 9-cu Polis Bölməsinə müraciətlər daxil olub.

Polis əməkdaşları tərəfindən hər iki faktla bağlı müvafiq araşdırmalar aparılıb.

Səbail RPİ və 9-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Twister” markalı mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Qorxmaz Eyvazov, “Jonway” markalı mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ağababa Əsgərov və Lənkəran rayon sakini Daşdəmir Əsgərzadə qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

Polis əməkdaşları tərəfindən maddi sübutlar aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti