...

Samuxda 4,3 bal gücündə zəlzələ olub

Hadisə Materials 4 May 2020 01:12 (UTC +04:00)
Samuxda 4,3 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Mayın 4-ü yerli vaxtla saat 00:03-də Gəncə stansiyasından 45 km şimalda Samux ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Trend-ə bildiriblər ki, yeraltı təkanların maqnitudası 4,3 bal olub.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti