...

Xaçmazda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir (FOTO)

Hadisə Materials 9 May 2020 11:50 (UTC +04:00)
Xaçmazda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir (FOTO)

Bakı. Trend:

Xaçmazda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayon regional qrupundan Trend-ə verilən məlumata görə, Xaçmaz rayonunda vətəndaşların sağlamlığının qorunması və COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinləri ilə mütəmadi olaraq maarifləndirici söhbətlər aparır, onlara ölkə ərazisində həyata keçirilən qabaqlayıcı tədbirlər barədə məlumatlar verirlər.

Polis əməkdaşları tərəfindən vətəndaşlara evdən çıxarkən tibbi maskadan mütləq qaydada istifadə etmələri barədə məlumat verilir, sağlamlıqlarının qorunması üçün insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamalarının vacibliyi izah olunur. Bundan əlavə rayon ərazisində yerləşən bank və poçt filiallarının qarşılarında, eləcə də əhalinin sıx olduğu digər ərazilərində sosial izolyasiya tədbirlərinə nəzarət olunur, vətəndaşlara tibbi maskalar paylanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti