...

Bakıda "Ford" küçədə qarət edildi

Hadisə Materials 14 May 2020 10:15 (UTC +04:00)
Bakıda "Ford" küçədə qarət edildi

Bakı. Samir Əli - Trend:

Bakıda avtomobil qarət olunub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsində baş verib. Həmin küçədə Bakı şəhər sakini Səfərbəy Əmrahova məxsus "Ford" markalı avtomobil qarət olunub. Naməlum şəxs avtomobildə olan 1 200 manatı və 480 manatlıq mobil telefonu oğurlayıb.

Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şərur rayon sakini, 1985-ci il təvəllüdlü Vüsal Quliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti