...

Bir gündə karantin rejimini pozan 639 sürücü cərimə edildi

Hadisə Materials 14 May 2020 12:49 (UTC +04:00)
Bir gündə karantin rejimini pozan 639 sürücü cərimə edildi

Bakı. Samir Əli - Trend:

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 13.05.2020-ci il saat 00:00-dan 14.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 639 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 53219 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti