...

Bakıda mənzildən meyit tapıldı

Hadisə Materials 18 May 2020 16:37 (UTC +04:00)
Bakıda mənzildən meyit tapıldı

Bakı. Trend:

Bakıda mənzildən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərin Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Ağayev Natiq İsrafil oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti