...

Mingəçevirdə qəzada xəsarət alan uşaqlardan biri Bakıya göndərilib

Hadisə Materials 25 May 2020 11:38 (UTC +04:00)
Mingəçevirdə qəzada xəsarət alan uşaqlardan biri Bakıya göndərilib

Bakı. Ceyhun Ələkbərov - Trend:

Mingəçevirdə qəzada xəsarət alan uşaqlardan biri vəziyyəti ağır olduğuna görə Bakıya göndərilib.

Trend-ə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından bildirib ki, həmin şəxslər ilkin tibbi yardımdan sonra, qəza baş verən günü evə buraxılıb:

"Hazırda qəzada yaralanan 3 nəfər şəxsin xəstəxanada müalicəsi davam edilir. Onların vəziyyəti orta ağır hesab olunur. 2015-ci il təvəllüdlü Məmmədli Sədcadın vəziyyəti ağır hesab edildiyinə görə Bakıya göndərilib".

Xatırladaq ki, Mingəçevir şəhərində baş vermiş qəzada 13 nəfər xəsarət alıb. Onlardan 9-nun azyaşlı olduğu deyilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti