...

Şəki sakinindən narkotik vasitə götürüldü

Hadisə Materials 27 May 2020 09:49 (UTC +04:00)
Şəki sakinindən narkotik vasitə götürüldü

Bakı. Trend:

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər də məhkum olunmuş Rafiq Əsədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 0,102 qr narkotik vasitə olan heroin və 365 qr qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti