...

Şəkidə 1 tona yaxın yaxın çətənə kolu məhv edilib

Hadisə Materials 27 May 2020 11:07 (UTC +04:00)
Şəkidə 1 tona yaxın yaxın çətənə kolu məhv edilib

Bakı. Trend:

“Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Baş Göynük kəndi ərazisində ümumi çəkisi 936 kq yabanı halda bitən 6234 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib. Həmin çətənə bitkiləri polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti